Sahibkar Halla Tomasdottir İslandiyada keçirilən prezident seçkilərində qalib gəlib və bu vəzifədə Qudni Yohannessonu əvəz edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, 55 yaşlı Tomasdottir şənbə günü keçirilən seçkilərdə səslərin 34%-ni qazanaraq keçmiş baş nazir Katrin Yakobsdottirə qalib gəlib.
Ada ölkəsində prezident seçkiləri bir turda keçirilir. Qələbə qazanmaq üçün namizədə sadəcə daha çox səs toplamaq lazımdır və 50 faiz həddini keçmək mütləq deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.