İran rəhbəri Əli Xaməneinin HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu təqdir etməsini müsbət qarşılamırıq.
Azadmedia.az xəbər verir ki, bunu Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas deyib.
Belə ki, “Bu vasitə ilə fələstinliləri qurban verirsiz. Bu isə müstəqil Fələstin dövlətinin qurulması ilə nəticələnməyəcək”, - deyə Abbas bildirib.
Qeyd edək ki, Əli Xamenei iyunun 3-dəki çıxışında HƏMAS-ın İsrailə hücumunu təqdir edərək, bunun bölgə üçün vacib məsələ olduğunu deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.