Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasının birləşməsində mühüm rol oynayır. 2019-cu ildə Özbəkistanın TDT-yə daxil olması ilə türk dövlətləri ailəsi daha da möhkəmlənib.
Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 6-da Ankarada özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə birgə mətbuat konfransında deyib.
Belə ki, Türkiyə lideri vurğulayıb ki, Ankara Daşkəndi həm kədərli, həm də sevincli günündə dəstəkləməyə hazırdır.
Həmçinin “2023-cü ilin fevral zəlzələlərindən sonrakı dövrdə Türkiyəyə göstərilən dəstəyi unutmayacağıq. Bu, fəlakət zonasına 700 tona qədər humanitar yardım göndərmiş özbək qardaşlarımıza da aiddir”, - deyə Ərdoğan bildirib.
Bundan əlavə, Türkiyə Prezidenti Özbəkistanın dəstəyi ilə Hatay əyalətində 306 yaşayış binasının tikintisi layihəsini də vurğulayıb.
“Bu yaşayış massivi ölkələrimizin əbədi dostluğunun simvolu olacaq. Qardaş özbək xalqına minnətdaram”, - deyə Türkiyə dövlətinin başçısı bildirib.
Ərdoğan Özbəkistanı qlobal arenada əhəmiyyəti gündən-günə artan dövlət adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.