İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Türkiyəyə səfər edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Bagiri İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edəcək.
İclasda İsrail-Fələstin münaqişəsi ilə bağlı vəziyyət müzakirə ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.