ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdardırlar.
Azadmedia.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildiriblər.
Bildirilib ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.