İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir.
Azadmedia.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Əli Bagiri Kani “CNN Türk” telekanalına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən deyib.
Belə ki, “İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan arasında normallaşmanı dəstəkləyir. Ancaq Tehran regionun demoqrafiyasını və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”, - deyə Kani bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.