Rusiyanın hərb təyyarəsi Finlandiya hava məkanını pozub.
Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki bu, Skandinaviya ölkəsinin NATO alyansına qoşulmasından sonra ilk belə hadisədir.
Həmçinin Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, təyyarə Finlandiya hava məkanında təxminən 2 dəqiqə uçub. Hadisə Finlandiya körfəzinin şərq hissəsində baş verib - təyyarə Finlandiya ərazisinə 2,5 kilometr dərinliyə daxil olub.
“Biz ərazi sərhədlərinin pozulmasına ciddi yanaşırıq və dərhal təhqiqata başladıq”, - müdafiə naziri Antti Hakkanen bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.