İyunun 11-dən İranda prezidentliyə namizədlərin televiziya vasitəsi ilə seçkiqabağı təbliğat kampaniyası başlayır.
Azadmedia.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Belə ki, namizədlər arasında bununla bağlı püşkatma keçirilib.
Həmçinin bu gün ilk olaraq təbliğata üç namizəd - Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlaycaq.
Seçkiqabağı təbliğat kampaniyası iyunun 27-dək davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.