AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Şurası və Leyen savaşı kəskinləşir - KİV

  • + A
  • - A
  • 11-06-2024, 17:27

    Avropa Şurası və Leyen savaşı kəskinləşir -


    Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin AB liderlərinin birlik rəhbərliyində əsas vəzifələrin bölüşdürülməsini müzakirə edəcəkləri iclasda iştirakına mane olmaq istəyir.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Politiko” avropalı diplomatlara, rəsmilərə və AB ölkələrinin hökumət nümayəndələri arasında olan yeddi mənbəyə istinadən məlumat yayıb.

    Belə ki, “Birlik liderləri və onların köməkçiləri ilə danışıqlarda Mişel iyunun 17-də dövlət və hökumət başçılarının AB-də ən yüksək vəzifələri müzakirə edəcəyi iclasa Leyenin çağrılmamasını təklif edib”, - deyə məlumatda bildirilib.

    Qeyd olunur ki, AB-nin bəzi dövlətləri Mişelin təklifinə qarşı çıxıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR