ABŞ-ın "Xarici təsirin şəffaflığı haqqında" qanuna görə Tiflisə tətbiq etdiyi sanksiyalar qeyri-ciddi və təhqiredicidir.
Azadmedia.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpasına dair konfransda deyib.
Belə ki, “Bir daha vurğulamaq istərdim ki, sanksiyalar ciddi deyil, lakin qeyri-ciddiliklə yanaşı, sanksiyalar ölkəmiz və xalqımız üçün təhqiramizdir.
Bu, həmçinin tərəfdaşlıq ruhuna uyğun deyil, ona görə də ümid edirəm ki, buna yenidən baxılacaq. ABŞ və Avropa Birliyi ilə münasibətləri dərinləşdirmək bizim maraqlarımıza uyğundur. Həm amerikalı tərəfdaşlar, həm də AB nümayəndələri tərəfindən bu istiqamətdə qarşılıqlı addımlar görmək bizim üçün vacibdir. Bu, gürcü xalqına və gürcü dövlətinə düzgün münasibət olardı. Mən hər kəsi praqmatik addımlar atmağa və xalqımıza düzgün, ədalətli münasibət göstərməyə çağırıram”, - deyə İrakli Kobaxidze bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.