Rusiya Prezidenti Vladimir Putin Ukrayna Nazirlər Kabineti ilə informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında sazişi denonsasiya edən qanunu imzalayıb.
Azadmedia.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi internet saytında yerləşdirilib.
Belə ki, “Rusiya Federasiyası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında informasiya və mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətinin şərtləri haqqında 1998-ci il fevralın 27-də Moskvada imzalanmış Saziş denonsasiya edilsin”, - deyə sənəddə qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.