Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.
Azadmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz bildirib.
Belə ki, bu məsələyə aydınlıq gətirmək üçün Ermənistan səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb:
“Vəziyyətin inkişafını nəzərə alaraq, yaxın vaxtlarda İrəvanda olan səfirimiz də Minskə gələcək”.
Həmçinin o vurğulayıb ki, əgər Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən mövqe deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.