Suriyadakı terrorçu qruplaşma seçkilər keçirmək niyyətində deyil. Ortada seçki deyilən bir şey yoxdur. Əvvəlcə bunu qeyd edək. Bölgədə terror təşkilatını qanuniləşdirmək və terror təşkilatı qurmaq üçün hazırlanmış bir oyun var.
Belə ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Biz əvvəlki proseslərdə belə oyunların məhv edilməsində nə qədər mahir olduğumuzu açıq şəkildə göstərmişik. Təbii ki, Suriya rəhbərliyi terrorçulara bu məqamda bir addım atmaq və ya sərbəst hərəkət etmək icazəsi verməyəcək. Türkiyə xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl Moskvada idi. Moskvada cənab Putinlə bu məsələləri ətraflı şəkildə müzakirə ediblər. Bundan başqa, H.Fidanın Rusiyanın xarici işlər naziri cənab Lavrovla da görüşləri olub. İnşallah, PKK terror təşkilatı və digərlərinin Suriyada sərbəst hərəkət etmək imkanı olmayacaq. Əgər belə bir vəziyyət yaranarsa, lazımi tədbirləri görməyə hazırıq. Biz burnumuzun ucunda “Terroristan”ın qurulmasına icazə vermərik”, - Ərdoğan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.