Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesi ölkə parlamentinin “Xarici agentlər haqqında” qanunu qəbul etməsi səbəbindən dondurulub.
Azadmedia.az xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinski deyib.
Belə ki, “AB-yə inteqrasiya yekdillik tələb edir və biz artıq eşitmişik ki, bəzi üzv ölkələr bu qanun qəbul edilərsə, Gürcüstanla üzvlük danışıqlarının başlanmasının əleyhinə olacaqlarını açıq şəkildə bəyan ediblər”, - deyə Gerçinski bildirib.
Həmçinin Diplomat əlavə edib ki, gələn həftə Avropa Birliyi “Xarici agentlər haqqında” qanuna görə Gürcüstana qarşı cavab tədbirləri üzərində işə başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.