AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Sünniləri ölkədə yaşayan bütün sünniləri seçkiləri boykot etməyə çağırdı - KİV

  • + A
  • - A
  • 21-06-2024, 15:11

    İran Sünniləri ölkədə yaşayan bütün sünniləri seçkiləri boykot etməyə çağırdı -



    İranda yaşayan sünnilərin nüfuzlu təşkilatı - İran Sünnilərinin Milli Şurası iyunun 28-də keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə şuranın sosial media hesabında paylaşım edilib.

    Belə ki, Bəyanat müəllifləri sünnilərə qarşı ayrı-seçkiliyi xatırladaraq, seçkilərin onların vəziyyətinin dəyişdirilməsi üçün heç bir əhəmiyyət daşımadığını vurğulayıblar:

    “İranda həqiqi və xalqların iradəsinə əsaslanan seçkilər keçirilməyib. Bu, sadəcə hakimiyyətə legitimlik qazandırmaq üçün qurulan nümayişdir”.

    Qeyd edək ki, İran Sünniləri Milli Şurası ölkədə yaşayan bütün sünniləri iyunun 28-dəki seçkiləri boykot etməyə, hakimiyyətin şousunda iştirak etməməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR