Bu gün Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yerləşən “El Faro” istirahət və əyləncə mərkəzində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, ailəsi ilə istirahətə gedən 10 yaşlı S.Məmmədov (şərti) böyüklər üçün nəzərdə tutulmuş hovuzda boğularaq ölüb.
Yaxınlarının diqqətindən kənar qalan azyaşlı nəzarətçilərin də səhlənkarlığı səbəbindən hovuza düşüb.
Hadisədən sonra istirahət mərkəzinin hovuzu bağlanıb, nəzərdə tutulmuş əyləncə proqramı ləğv edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.