Bakı-Sumqayıt yolunda sərnişin avtobusunun aşmasının səbəbi bilindi
Bakı-Sumqayıt yolunda 119 saylı sərnişin avtobusunun ilkin olaraq hansı səbəbdən aşdığı məlum olub.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Azxeber.com-a verdiyi məlumata görə, qəzaya səbəb avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması olub.
“Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda, 20 Yanvar dairəsiistiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-174″ dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”, – deyə o bildirib.