AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda avtobus aşdı - Video + Yenilənib

  • + A
  • - A
  • 15-12-2016, 13:56

    Bakıda avtobus aşdı - Video + Yenilənib

















    Zığ şossesində ağır yol qəzası baş verib.

    Bu barədə məlumatı Tural Yusifov sosial şəbəkədə paylaşıb. Hadisə yerindən canlı yayım edən DJ qəza nəticəsində avtobusun aşdığını bildirib.

    Qəzaya düşən 44 nömrəli avtobusdur, hadisə nəticəsində ölüm hadisəsi olmayıb.

    ***

    Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev avtobusun aşması ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. Müdir bildirib ki, hadisə avtobus səhər qarajdan çıxan zaman aşıb:

    “Avtobus aşmayıb, sadəcə yoldan kənara çıxıb. Bu, yaxşı bir hal deyil, ancaq bunu sosial şəbəkədə qeyd olunan kimi böyütmək olmaz. Hava şəraiti ilə əlaqədar olaraq bu kimi gözlənilməz hadisələr baş verə bilər. Xoşbəxtlikdən hadisə baş verən zaman sərnişin olmayıb, sürücünün vəziyyəti də yaxşıdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR