Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana gətirilib

Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 7 oktyabr 2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq, Baş Prokurorluğun Anar Eldar oğlu Abbasovun ekstradisiyası ilə bağlı vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Ağstafa Rayon Polis Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə A.Abbasovun qulluq mövqeyindən təkrar istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən o, təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan yayındığına görə axtarışa verilib.
A.Abbasov Rusiyada saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.