"Özümü bağışlamayacam, çünki səni..." - Atasını itirən "Zaur"dan ürəkdağlayan sözlər
Xəbər verdiyimiz kimi, "Cehizsiz gəlinlər" serialında "Zaur" obrazı ilə tanınan aktyor Cövdət Şükürovun atası Afiq Şükürov dünyasını dəyişib
Sənətçi 5 gün bundan əvvəl rəhmətə gedən atası ilə bağlı bu sözləri deyib:
"Atam, artıq 5 gündür ki, sənsiz qalmışam. Səni necə çox istədiymi deyə bilmədim. Nə rol oynadımsa, birinci sənin tərifini gözlədim. Hər addımımda səni düşündüm. Mənə son baxışını heç vaxt unutmayacam.
Mənim ağlamağımı eşidib, gözündən gələn yaşı heç vaxt unutmayacam. Özümü bağışlamayacam, çünki səni həyatda saxlaya bilmədim.
Həyat davam edir, amma mən heç vaxt əvvəlki insan, tam xoşbəxt ola bilməyəcəm. Ürəyimin parasını itirdim.
Səni orada tək qoyduğuma görə məni bağışla”.