AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1 milyon didərgini, on minlərlə şəhidi olan xalqın paytaxtına oxşamayan BAKI...

  • + A
  • - A
  • 7-08-2017, 12:49

    1 milyon didərgini, on minlərlə şəhidi olan xalqın paytaxtına oxşamayan BAKI...














    Dilənçi sakinlərin milyonçu şəhəri. Küləklər şəhəri Bakı

    Bu küləklər sənin qürurunu qum kimi sovurub apardı. Bir vaxtlar qoynunda doğulub boya-başa çatan insanlar səninlə fəxr edərdi. Sənin qoynunda dünyaya göz açdığına sevinənlər indi sənin küçələrində başı aşağı gəzirlər. Səni kimlər bu günə qoydu Bakı? Sənmi günahkarsan butun bunlara görə? Sənin üçün çox çətindir. Dahilər və qəhrəmanlar yetirən şəhər, indi namərdlərə Vətən olmusan, naxələflərə qucaq açmısan. Bəlkə səni pula satın aldılar, sənın sərvətinin puluna? Sən niyə var-dövlətə təm-taraqlı həyata baş əydin? İgidlər yetirən qəhrəman şəhər, zamanmı səni dəyışdirdi? Sən elə bilirdin ki, qara qızıl bu millətə səadət və xoşbəxtlik gətirəcək, nə biləydin ki, milyardlara satılan o sərvətlər çox bəlalar gətirəcək. Bəlkə də sənin günahın yoxdur, olsa biz naxələflərə Vətən olmagındır. Günah sənin qoynunda rahat yaşamaq üçün öz şərəf və ləyaqətini satanlardadı. Əcdadlarımızın bizə qoyub getdiklərini qoruyub saxlaya bilmədiyimiz üçün bizi bagışla. Biz sənin isti qucagını haqq etmirdik. Bəlkə bizi də aldatdılar sənin gözəl görkəminlə, isti gucağınla. Səni zahirən gözəlləşdirdilər ki, bizi daxilən məhv etsinlər. Bağışla məni, Bakı, bağışla, sən bir milyon qaçqını, 20 faiz torpagı işğalda, on minlərlə şəhidi olan xalqın paytaxtına oxşamırsan. Bu gün sənin küçələrində qürurumuz sındırılır, milli kökümüzdən ayrı düşürük. Namusun ərəb dollarına satılır, Bakı. Qara qızılın pullarına ərəblər dünyanı gəzir, sən isə qara qızılla bərabər öz namusunu satası oldun. Səni kimlər bu gunə qoydu, bədbəxt şəhərim? İndi televiziya kanallarında sənin bər-bəzəkli binalarını, yaraşıqlı parklarını göstərirlər. Amma bu küçə və parklarda bir qarın yeməyə möhtac olan zavallı insanları göstərən yoxdur. Daha dəhşətlisi budur ki, o kanallarda yüngül həyat tərzi keçirən qadınlar əxlaqdan, qulağı sırgalı gədələr qeyrətdən danışır. Televiziyanı hər bir evə təcavüz etmiş iblisə çeviriblər. Deyəsən bəndə bacarmadı, Allah özü səni qorusun, Bakı... (moderator)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR