AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Teymur Əmrahdan Gülyanağa efirdə +18 sözlər — "Gələn çəkilişə qədər doğmasa..."

  • + A
  • - A
  • 12-01-2017, 12:19

    ATV-də yayımlanan "Tanıdım səni" layihəsinin efirində əməkdar artist Teymur Əmrah münsif həmkarı, xalq artisti Gülyanaq Məmmədova haqda efir etikasına zidd ifadələr səsləndirib.

    Hər şey Ağdamdan seçilən Anar adlı iştirakçının çıxışının dəyərləndirilməsi zamanı baş verib.

    Aparıcı Zaur Baxşəliyevin "Gülyanaq xanım, bayaqdan Anardan istədiyimi ala bilmədim" deyirdiniz replikasına T.Əmrah gözlənilməz müdaxilə edib:

    "Gülyanaq xanımın vaxtına az qalıb, sancı bürüyüb onu. Bu dəqiqə o yeddi də verə bilər".

    G.Məmmədova isə həmkarının gözlənilməz fikirlərinə belə reaksiya verib:

    "Aaa, onun buna dəxli yoxdur".

    T.Əmrah isə efir etikasına sığışmayan fikirlərini davam etdirib:

    "Mən sizə söz verirəm ki, gələn çəkilişə qədər bu doğmasa, balaca iştirakçılar özləri bunu təcili yardımla həkimə aparacaqlar".

    Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev isə bunun televiziya tarixində ilk ola biləcəyini dilə gətirib:

    "Onu mən özüm buradan təcili tibbi maşında yollayacağam. Televiziya tarixində ilk dəfə sənətkar xəstəxanaya səhnədən gedir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR