AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayətlər - Övlad qətli, iş adamının qətli, hədə-qorxu, narkotik vasitələrlə saxlanma, silah-sursat...

  • + A
  • - A
  • 8-04-2023, 15:58

    Sutka ərzində baş verən cinayətlər - Övlad qətli, iş adamının qətli, hədə-qorxu, narkotik vasitələrlə saxlanma, silah-sursat...

    Aprelin 8-də saat 04 radələrində Yasamal rayonunda evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən, K.İsarfilovun atası 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.


    Araşdırmalar davam etdirilir.
    ***
    Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itgin düşməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər — əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

    Araşdırmalar davam etdirilir.
    ***

    Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində müvafiq icazəsi olmadan işğaldan azad edilmiş əraziyə daxil olmaq istəyən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Neftçala rayon sakini Qardaş Qurbanov rayon ərazisindəki stasionar postda saxlanılıb. Araşdırma zamanı Q.Qurbanovun özünə məxsus mobil telefonda işğaldan azad edilmiiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan həmyerlisinə aid şəxsiyyət vəsiqəsinin fotosunu təqdim edərək keçmək istədiyi müəyyən edilib. Onun bu əməli aşkar edildikdən sonra barəsində müvafiq qaydada protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o 10 gün müddətinə inzibati qaydada həbs edilib.

    ***

    Qubadlıda döyüş sursatları aşkar edilib

    İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib. Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.

    ***

    Zaqatalada narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs tutulub
    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə olunan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini Cavanşir Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
    Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, C.Muradovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    ***
    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə

    - Aprelin 7-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
    ***

    “Mobil” şərti adı altında Bakıda narkotik vasitələrin satışını
    təşkil edən iranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb


    Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Mobil” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin “Mobil” adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
    Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
    ***

    Hədə-qorxu ilə tələb etmə

    Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.
    Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.
    ***

    Oğurluq

    Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat pulu, 2 ədəd boyunbağısı və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İsmayıl Nəcəfi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparır.
    ***

    Oğurluq

    Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* Biləsuvar rayon sakininin bank hesabından 710 manatını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Zabil Feyziyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
    ***

    Sabunçuda keçirilən tədbirlər zamanı avtomobili narkotik maddələrin
    təsiri altında idarə edən 4, sərxoş vəziyyətdə sükan
    arxasında olan 2 sürücü aşkar edilib


    Yol hərəkəti qaydalarını pozan şəxslər barəsində ümumilikdə 203 inzibati protokol tərtib edilib

    Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün yol hərəkəti qaydalarının sürücü və piyadalar arasında təbliğinin daha da gücləndirilməsinə həsr olunan maarifləndirici tədbirlər keçirilib. Tədbir zamanı qadağan olunmuş saatlarda ağır tonnajlı yük avtomobilləri ilə yola çıxan, nəqliyyat vasitələrini səkilərdə, piyada keçidlərinin üzərində saxlayan sürücülər, həmçinin yolu təyin olunmamış yerdən keçən piyadalar aşkar olunub.
    Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tədbir zamanı avtobusu dayanacaqdan kənarda saxlayan sürücülərlə də profilaktik söhbətlər aparıblar. Avtobus sürücülərinin diqqətinə çatdırılıb ki, sərnişin düşürən və mindirən zaman yollarda sıxlığın yaranmaması üçün nəqliyyat vasitələri ancaq müəyyən olunmuş dayanacaqlarda saxlanılmalıdır.
    Tədbirlər zamanı yol polisləri tərəfindən ümumilikdə 203 inzibati protokol tərtib olunub. Həmçinin, saxlanılan nəqliyyat vasitələrindən dördünün sürücüsünün narkotik vasitənin təsiri altında, iki sürücünün isə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi aşkar olunub. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülüb.
    Qeyd edək ki, Sabunçu rayonu ərazisində bu cür tədbirlər mütəmadi olaraq davam ediriləcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR