AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

7-ci sinif şagirdi ilə intim əlaqəyə girən gənclə bağlı yeni xəbər

  • + A
  • - A
  • 23-08-2018, 12:41

    7-ci sinif şagirdi ilə intim əlaqəyə girən gənclə bağlı yeni xəbər















    Bakıda təhsil komplekslərinin birində 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdinin cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
    Cinayət məcəlləsinin 152.2-ci maddəsiylə təqsirləndirilən Rzayev Cavidan Siyavuş oğlunun məhkəmə prosesinə hakim Anar Tanrıverdiyev sədrlik edir.

    Xatırladaq ki, biabırçı hadisə Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində baş verib.

    Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb.

    Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi Rzayev Cavidan Siyavuş oğlu saxlanılıb və Bakı İstintaq Təcridxanasına göndərilib.

    Bu il fevralın 11-də Rzayev Cavidanın barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir.
    Rzayev Cavidan Siyavuş oğlu barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

    ölkə.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR