27 yaşlı oğlan bacısının gözü qarşısında azyaşlını evə saldı, zorladı... - Azərbaycanda
Biləsuvar rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qüdrət Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qüdrət Qasımzadə yaşadığı Biləsuvar rayonun Bəydilli kəndində 2003-cü il təvəllüdlü Sahib Məmmədova (ad və soyad şərti verilib - red.) qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.
O, azyaşlı ilə ilk dəfə 2016-cı ilin noyabr ayında qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlını aldadaraq yaşadığı evinə gətirən Qüdrət Qasımzadə ona qarşı əxlaqsız hərəkətlər edib, daha sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Növbəti dəfə Qüdrət Qasımzadə azyaşlı ilə 2017-ci ilin yanvarın 29-da qeyri-təbii yolla cinsi əlaqəyə girib. Bu dəfə də o, azyaşlını aldadaraq yaşadığı evə gətirib və ona əxlaqsız hərəkətlər edib.
"Azyaşlı ilə cinsi əlaqədə olmamışam"
Qüdrət Qasımzadə Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham olunub.
Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qüdrət Qasımzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmədiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, azyaşlı ilə cinsi əlaqədə olmayıb.
"Dedi ki, göyərçini tutmaqda mənə köməklik edim"
Zərərçəkmiş Sahib Məmmədov bildirib ki, Qüdrət Qasımzadə onun qonşusudur. Onun sözlərinə görə, Qüdrətin kiçik qardaşı Sərvət Qasımovla dostluq edir, Sərvətlə bütün günü bir yerdə oynayırlar: "2016-cı ilin noyabr ayının ortalarında küçədə qaz borusunun üstündə oturduğum vaxt Qüdrət məni çağırdı. Bildirdi ki, həyətlərində olan "şəlpə" göyərçini tutmaqda ona köməklik edim. Mənim də "şəlpə" göyərçinlərdən xoşum gəldiyindən, Qüdrətgilin həyətinə keçdim. Ondan göyərçinin harada olmasını soruşdum. Qüdrət mənə göyərçinin evdə olduğunu dedi və məni evə çağırdı".
"Zorla mənimlə cinsi əlaqədə oldu"
Sahib Məmmədovun sözlərinə görə, evə girən vaxtı Qüdrətin xəstə bacısı Səmayənin (ad şərti verilib - red.) də evdə olduğunu görüb: "Səmayə xəstə olduğundan Qüdrəti görən kimi ondan saqqız istədi. Qüdrət də ona saqqız verərək həyətə çıxmasını dedi. Səmayə həyətə çıxan kimi Qüdrət qapını bağladı. Məni pilləkənlə yuxarı qaldıraraq sol tərəfdə yerləşən otağa saldı. Sonra otağın qapısını bağladı və üstümə cumdu. Qüdrət əvvəlcə öz əynində olan şalvarını və sonra da mənim şalvarımı aşağı saldı. Zorla mənimlə qeyri-təbi yolla cinsi əlaqədə oldu".