“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç çempionu “Molde”ni keçərsə, “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Ölkə çempionu ilk oyununu evdə, cavab qarşılaşmasını səfərdə (Budapeşt və ya Zaqreb) keçirəcək.
Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabr, cavab qarşılaşmaları isə 29-30 sentyabr tarixlərində oynanılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da keçiriləcək. Bu matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.