AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xorvatiya millisi yenə qələbəyə həsrət qaldı

  • + A
  • - A
  • 18-06-2021, 22:04


    Azadmedia.az xəbər verir ki, günün ikinci matçında D qrupunda qərarlaşan Çexiya və Xorvatiya milliləri üz-üzə gəlib. İlk oyunda İngiltərə millisinə uduzan Xorvatiya yığması, bu oyunda da qələbə üzünə həsrət qalıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Şotlandiya üzərinə qələbə qazanan çexlər xallarının sayını 4-ə çatdırıb.

    Qeyd edək ki, günün son matçında D qrupunda yer alan İngiltərə və Şotlandiya milliləri üz-üzə gələcək.

    Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

    AÇ-2020
    18 iyun

    D qrupu

    Xorvatiya – Çexiya 1:1
    Qol: İ.Perişiç, 47 – P.Şik, 37-pen.
    Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
    Qlazqo. “Hampden Park” stadionu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR