AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində stolüstü tennis turniri keçirilib - VİDEO/FOTO

  • + A
  • - A
  • 21-02-2022, 10:51

    “İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində stolüstü tennis turniri keçirilib - VİDEO/FOTO
    44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr edilmiş “İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində fevralın 20-də stolüstü tennis turnirinin açılış mərasimi olub.



    Açılış mərasimində respublikamızın Dövlət himni səsləndirilib, şəhidlərimizin, eləcə də Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



    Açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova, “BrendSport.az” saytının rəhbəri Bəhruz Səmədov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, qazi Bəhlul Əliyev və digərləri Vətənin müdafiəsi uğrunda şəhid olan qəhrəmanlarımızın yaddaşlarda əbədi yaşayacaqlarını bildiriblər. Qeyd edilib ki, şəhidlik zirvəsinə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları Azərbaycanın hər bir vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.
    Bəhruz Səmədov turnirin geniş işıqlandırılması üçün göstərdiyi fəal informasiya dəstəyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a minnətdarlığını bildirib.



    Sonra şəhid Məhərrəm İbrahimovun ailəsinə xatirə hədiyyəsi təqdim edilib.
    Bundan sonra yarışa start verilib.



    Xatırladaq ki, turnir “Şüa” idman-sağlamlıq kompleksində baş tutub.



    Turnir üç qrupda - qazilər, jurnalistlər və ictimaiyyətin tanınmış nümayəndələri arasında təşkil olunub.
    Turnirdə aşağıda adları qeyd olunun içtirakçılar mükafat qazanıb:

    Qazilər, müharibə iştirakçıları;

    I yer – Hüseynov Elsəvər Zərdab 2-ci Qarabağ qazisi
    II yer – İsmayılov Fərrux Salyan 2-ci Qarabağ qazisi
    III yer – Feyziyev Murad Salyan 2-ci Qarabağ qazisi
    III yer – Burziyev Ziyafət Salyan 1-ci Qarabağ qazisi

    Jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri
    Kişilər;
    I yer - Qəmərşahoğlu Rəşad – “Sportstman” jurnalı
    II yer - Səmədov Bəhruz – “Brendsport.az” saytı
    III yer – Əliyev Ceyhun – “Sport.24.az” saytı
    III yer – Piriyev Söhbət – Sporcugazetesi.com saytı

    Qadınlar;
    I yer - Nəsirova Məhluqə - “Brendsport.az” saytı
    II yer – Ibrahimova Gülzar – “Sehirli Dünya” uşaq jurnalı
    III yer – Əliyeva Ülkər – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
    III yer -Abıyeva Səbinə - “Sportsman” jurnalı

    Qaliblərə Stolüstü Tennis Federasiyası tərəfindən pul mükafatı və sponsorlardan qiymətli hədiyyələr verilib. Eyni zamanda qazilərə, bütün iştirakçılara Baş sponsorlar “AL-KAYA Fragrance Company” və “Natural Hali” mağazalar şəbəkəsinin, sponsorlarımız “Həyat aptek”, “Cəngi” fitnes mərkəzi, “Etirci” parfümeriya, Sumqayıtda yerləşən "Pay şirniyyat evi", “Suzani Baku Tekstil”, “Scallezioni” , “Azerçay”, Araz super marketlər şəbəkəsindən "Xonça Şirniyyatları", "Soel" parfum və “Dübrar” sularından hədiyyələr, Stolüstü Tennis Federasiyası və BrendSport.az saytı tərəfindən iştirak etdiklərinə görə “Təşəkkürnamə”lər təqdim olunub.

    Bununla da “İlhamlı qələbələr” idman festivalı çərçivəsində keçirilən tennis yarış başa çatıb. Qeyd edək ki, bundan başqa festival çərçivəsində peyntbol, güllə atıcılığı və şahmat turnirlərinin təşkili də planlaşdırılır.

    Azadmedia.az “İlhamlı qələbələr” idman festivalı çərçivəsində keçirilən tennis yarışından Hicran Şərifovla olan reportajı təqdim edir:



    Qeyd edək ki, tədbirin aparıcısı Fidan Oruc Əliyeva olub.
    Azadmedia.az “İlhamlı qələbələr” idman festivalı təşkilatçılarına qazilərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edir!











































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR