"Ermənidən fərqiniz yoxdur" - Kərimdən ailəsini təhqir edənlərə
Müğənni Kərim Abbasov sosial şəbəkədə ailəsinin və özünün ünvanına yazılan tənqidlərə sərt cavab verib.
Bir müddət əvvəl sənətçi oğlu Yusifə ad günü edib.
Məclisdən yayılan şəkillərə yazılan şərhlər Kərimi özündən çıxarıb. Abbasov bildirib ki, 10 gündür oğlu xəstə yatır:
"Hər il doğum günü keçirmək və insanları ətrafıma yığmağı sevmirəm. Hamının problemi var, hər kəs pulunu əziyyətlə qazanır. Yusifimin 1 yaşını qeyd etdim və bu ad günü hər yerdə bölüşüldü, "Facebook”dan tutmuş "Youtube”yə kimi... Şərhlərə baxıram ki, özümü, ailəmi, övladımı, valideynlərimi təhqir edirlər. Mənim ailəm, valideynlərim sizə nə ediblər ki, bu qədər söyüş yiyəsi olublar. Hələ də şokdayam, ayıla bilmirəm.
Məni təhqir edirsizsə, edin. Başa düşdüm ki, bu millət düzələn deyil. Sizin kimi şərəfsizlərlə bir torpaqda yaşamağa, hava almağa xəcalət çəkirəm. Ailəmlə nə işiniz var? Ay bic balalar... 1 yaşlı Yusifim sizə nə edib? Sizin kimilərin yanında nə günahı olub? Ay atası, anası bəlli olmayan biqeyrətlər! Azərbaycanın adını sizin kimi oğraşlar batırır. Fahişə ermənilərlə sizin heç bir fərqiniz yoxdur. Bu Aşura günündə sizi Allaha tapşırıram.
Sizin qarğışlarınızdan, söyüşlərinizdən, nəfsinizdən oğlum 10 gündür ki, xəstəlikdən ayıla bilmir. Bu günümə sevinən mənim ürəyimdən su içsin. Görsün ki, nələr çəkirəm. Kim ki, ailəmə toxunsa, iki əlim yaxasında olacaq. Bu qədər alçaq olduz? Hələ o, 1 yaşlı mələkdi. Danışanda müğənniləri bəyənmirsiz, amma biz heç kəsin ailəsini söymürük. Bizim tərbiyəmiz var”.
///axşam.az