Təranə Qumral izləyicilərini təhqir etdi: “Dilənçilər, alın, zəhərlənin”
Müğənni Təranə Qumral izləyicilərini təhqir edib. Aznews.az xəbər verir ki, o, sosial şəbəkədə onu tənqid edən istifadəçiləri dilənçi adlandırıb:
“Ey mənim şəklimin altında gic-gic sözlər yazan, köhnə fikirli səviyyəsizlər, az özünüzü dilənçi kimi aparın. Ay nə bilim hamilədir, xəstədir… Hamınızın imkanı da var, geyimi də. Nə yaxşı əlinizdə bahalı telefonlarınız var? Əlacınız olsa deyərsiniz ki, kim nə qədər qazanır gətirib hamısını sizə vesin.”
Təranə Qumral qeyd edib ki, bu gün hər yerdə 10 manata alça satılır: “Ayıb olsun. Gedin alın, zəhərlənin.”
Müğənni Təranə Qumral bir müddət əvvəl qızı üçün 720 manata aça alıb və bunu sosial şəbəkədə paylaşıb. Sənətçinin bu hərəkəti cəmiyyətdə narazılıqla qarşılanıb.