İranın ali lideri Ayətullah Xamenei “Vaşinqtonla Tehran arasında problem nədir? Qırx ildən çox davam edən bu düşmənçiliyin səbəbi nədir?" sualına cavab verib.
Ali rəhbər Tehranda İmam Xomeyni Hüseyniyyəsində ictimaiyyətlə görüşdə deyib:
"Mənim fikrimcə, bu məsələni iki sözlə ümumiləşdirmək olar. Bu iki söz bunlardır: Amerika İranı udmaq istəyir; şərəfli İran milləti və İslam Respublikası buna mane olur".
Ayətullah Xamenei İran xalqına müraciət edib: "İranda bir çox cəlbedici yerlər var. İranın nefti, qazı, zəngin mineral ehtiyatları cəlbedicidir. İranın strateji və coğrafi mövqeyi cəlbedicidir. Onun bir çox başqa xüsusiyyətləri də var. İran təbii ki, təcavüzkar və ekspansionist bir dövlətin buna can atacağı bir ölkədir. Buna görə də onlar İranı ələ keçirmək istəyirlər; necə ki, keçmişdə ələ keçiriblər".
Ali rəhbər deyib ki, Pəhləvilər dövründə amerikalılar 30 il İranda mövcud olublar:
“Onlar resurslara, neftə, siyasətə, təhlükəsizliyə və beynəlxalq münasibətlərə nəzarət edirdilər; hər şey onların nəzarəti altında idi. Otuz il ərzində istədiklərini etdilər. Əlləri kəsildikdən sonra geri qayıtmaq, Pəhləvi dövrünün vəziyyətini yenidən yaşamaq istəyirlər. Lakin İran milləti möhkəm dayanıb, özünü qoruyub və bunun qarşısını alıb. Düşmənçilik də elə budur. Mübarizənin mahiyyəti də budur. Qalan söhbətlər, insan hüquqları və s. sadəcə boş sözlərdir. Məsələ budur. O tərəf acgözdür, İran isə möhkəm dayanıb və möhkəm dayanmağa davam edəcək, digər tərəfi şər və zülmdən ümidsizliyə salacaq”.
Xamenei ABŞ-a xəbərdarlıq edib ki, əgər savaş başlasa, bu dəfə o, regional müharibəyə çevriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.