AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BilBacar müsabiqəsinə start verilib

  • + A
  • - A
  • Dünən, 10:18

    BilBacar müsabiqəsinə start verilib

    Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilib. Müsabiqə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdlərini əhatə edir.

    Müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.

    Müsabiqə çərçivəsində VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiq etmə qabiliyyətinin artırılması hədəflənir. Onlayn qeydiyyat oktyabrın 15-dən etibarən bilbacar.edu.az saytının istifadəyə verilməsi ilə başlayacaq. Şagirdlər iştirak üçün sayt vasitəsilə və ya məktəb koordinatoruna müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, iştirak ödənişsizdir.

    Müsabiqə 2024-cü ilin oktyabr ayında başlayacaq və iyun ayında başa çatacaq. Oktyabr-may ayları arasında hər ay bir dəfə onlayn sessiyalar keçiriləcək. Onlayn mərhələni hər sinif üzrə uğurla tamamlayan ilk 150 şagird iyun ayında keçiriləcək canlı final mərhələsinə dəvət alacaq.

    Müsabiqə çərçivəsində şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçılar, nəticələrinə əsasən 7 liqadan birində qərarlaşacaq. “Hazırlıq” bölməsində “Yarış”a hazırlaşaraq və “Yarış” bölməsində yarışaraq bal qazana bilərlər.

    Saytın ana səhifəsində məktəb və şagirdlər üzrə sıralamanın mütəmadi yenilənməsi planlaşdırılır. İlk 100 məktəbin və hər sinif üzrə ilk 150 şagirdin adı reytinq sıralamasında təqdim olunacaq. Şagirdlər şəxsi kabinetə daxil olaraq, məktəbdaxili sıralamanı izləyə və sosial şəbəkələrdə paylaşa biləcəklər.

    Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanan şagirdlər arasından hər sinif üzrə 3 nəfər 1-ci yer, 6 nəfər 2-ci yer və 9 nəfər 3-cü yerin qalibi təyin olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR