AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün dünya gülür

  • + A
  • - A
  • 1-04-2017, 10:12

    Bu gün dünya gülür












    Gün haqqında maraqlı fərziyyələr var

    Bu gün Ümumdünya gülüş günüdür. 1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı.

    Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir - birlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 - ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri "1 aprel axmaqları" adlandırdılar.

    Bəzi tədqiqatçıların fikrinə görə bu ənənə Qədim Hindistanda meydana gəlmişdi, 31 mart onlarda "Gülüş günü" kimi keçirilir.

    Gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Beləcə uzun əsrlərin keçməsindən sonra dünyanın bütün ölkələrində 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək mümkündür.

    1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış.

    Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər".

    Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.

    1 Aprel dünya əhalisinini 70 faizi tərəfindən əyləncə və aldatmaq günü kimi qeyd olunur. “Gülüş günü” yaxud “Axmaq günü” kimi adlandırılan bu bayram çox insanlar tərəfindən keçirilsə də təqvimdə göstərilən bayramlar sırasına əlavə edilmir. Azərbaycanda da 1 aprel bir əksər insanlar tərəfindən Gülüş günü kimi qəbul olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR