AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elmira Şükürova Azərbaycan Respublikasının prezidentini və xalqını "Yeni İl bayramı və Həmrəylikgünü münasibəti ilə təbrik edib

  • + A
  • - A
  • 26-12-2016, 15:42

    Elmira Şükürova Azərbaycan Respublikasının prezidentini və xalqını "Yeni İl bayramı və Həmrəylikgünü münasibəti ilə təbrik edib










    -Hörmətli İlham Əliyev və xalqımız!

    2016-cı il arxada qalır. 2016-cı ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi. Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə uğurla inkişaf etmişdir.

    Əziz dostlar və cənab prezident, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar və Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir. Bu gün müstəqil Azərbaycan güclü dövlətdir. Bizim hamımızın əsas vəzifəsi ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.

    Mən Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova olaraq bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.

    Bayramınız mübarək olsun!

    Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR