AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT

  • + A
  • - A
  • 2-10-2017, 12:24

    Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT














    Dodaqlarına yeridilən silikondan sonra həyatı məhv olan və dodaqlarını tamamilə itirmək təhlükəsi ilə üz-üzə qalan 22 yaşlı tibb bacısı Merve Keleş son bir neçə gündə istər Türkiyə, istərsə də Azərbaycan gündəmini yenidən zəbt edib.

    Məlum olub ki, Türkiyədə yaşayan lakin guya Azərbaycanda təhsil aldığını iddia edən "həkim” Soner Gülnaz Merve Keleşin dodaqlarına inşaat işlərində istifadə edilən silikonla doldurub. Gənc qız bundan xəbər tutar-tutmaz əməliyyat masasına uzanıb. Ancaq bu da gənc qıza kömək etməyib.

    Həkimlər mənşəyi bilinməyən maddəni dodaqdan çıxartmaq üçün mücadilə etsələr də, cəhdləri boşa çıxıb. Yalnız ekspertiza üçün narkozda olan Merve Keleşin dodağındakı maddədən bir az götürülüb.

    Gənc qadın ilkin müalicəsi üçün türkiyəli həkim Gül adlı birinə müraciət edib. Lakin həkim-kosmetoloq bu işin üstəsindən gələ bilmədiyi üçün təklifi rədd edib.

    Bütün bunlardan sonra Merve Keleş azərbaycanlı həkim – kosmetoloq Elnarə Rzayevaya müraciət edib, ondan kömək istəyib.

    İnstagram sosial şəbəkəsində aktiv olan @dr_elnara_ silikonu əməliyyatsız, izsiz, ağrısız yox edən yeganə azərbaycanlı həkim-kosmetoloq Merve Keleşi müalicə edən Elnarə Rzayeva AZXEBER.COM-a açıqlamasında faktı təsdiqləyib:

    "Bəli, Merve Keleş mənimlə sosial şəbəkə vasitəsilə əlaqə saxladı. O qədər yalvardı ki, ona kömək etməli olduğumu hiss etdim. Onu müayinə və müalicə etmək üçün Türkiyəyə getdim. Çünki özü o vəziyyətdə idi ki, nə evdən küçəyə çıxa bilirdi, nə də ki utandığından güzgü qarşısına keçə bilirdi. Deyilənə görə dodaqlarında 14 qr biopolimer var idi. Türkiyəli həkimlər onun dodağındakı maddəni ekspertizaya yollasalar da, mən baxan kimi bildim ki, dodağındakı biopolimerdi. Mənim müalicə üsulum 2 hissədən ibarətdi. Birinci prosesi etdim və Merve əllərimdən öpürdü, o qədər təşəkkür edirdi ki ... Özümü xoşbəxt hiss etdim ki, mənə bu cür ehtiyacı olan gənc qızı nə yaxşı ki, kömək edə bildim. Və müəyyən qədər ona kömək etdim də. Birinci prosedurdan sonra dodağındakı şişkinlik, qızartı, çirk xeyli azaldı, dodağı xeyli nazikləşdi. Təbii ki, bunu mən bacardım, mənim sayəmdə oldu. Ailələrinin acınacaqlı vəziyyətini gördüm, heç ondan müalicə üçün ödəniş də tələb etməyə üzüm gəlmədi. Mən onu müalicə edəndən sonra Merve ilk dəfə necə vaxtdan sonra "selfie” edib, instagram səhifəsində paylaşdı və mənə təşəkkür də etdi. Halbuki uzun zaman idi ki, Merve heç bir foto paylaşmırdı”.

    Elnarə Rzayevanın sözlərinə görə, o bir müddət sonar Merve Keleşden xəbər ala bilmədiyini və işin əslini bundan sonar öyrəndiyini qeyd edib:

    "Bir müddət keçdi gördüm ki, Mervedən xəbər yoxdu. Və o daha sonra Gül həkiminə təşəkkür etdi, həmin bu həkimin onu sağaltdığını yazdı. Mən şok keçirtdim. Çünki Merveni mən sağaltmışam. Türkiyədə müalicədən sonrakı çəkdiyim fotoları internet saytlarında və televiziya kanallarında gördüm. Merve sosial şəbəkədə paylaşım etdi ki, guya məni tanımır və mənimlə heç görüşməyib, mən onu sağaltmamışam. Amma fakt öz yerində qalır. Fakt da odur ki, bizim yazışmalarımız, fotolarımız və mən ilk proseduru etdikdən sonra onun dodağındakı dəyişikliklərin görüntlüəri qalır. Sadəcə Merve Keleş satılıq insanolduğunu göstərdi. Onu deyə bilərəm ki, bizim müalicəmiz hələ sonlanmayıb. Buna görə o infeksiyalı dodaqla Mervenin həyatı təhlükədədir. Çünki silikon onu məhv edə, dodağı çürüyə bilər”.

    Xatırladaq ki, Soner G. adi saç ustasıdır. Sadəcə insanları aldadaraq onlardan pul almaq məqsədilə dodaqlarına süni gel (biopolimer) vurub, özünün də guya Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü iddia edir. Hətta Türkiyə mediasının araşdırmalarına görə, dodaq faciəsi ilə gündəmə gələn Soner Gülnaz (34 yaş) adlı saç ustası 2012-ci ildə bir marketdən iki şüşə pivə oğurladığı üçün məhkəməyə verilib.


    ÜNVAN: Tibb universiteti yaxınlığı Hənifə Ələsgərov 4
    ƏLAQƏ NÖMRƏSİ: (055) 776 60 40
    İNSTAGRAM SƏHİFƏSİNDƏN İŞLƏRƏ BAXIN: dr_elnara_

    Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT
    Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT
    Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT
    Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT
    Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT
    Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT
    Türk həkimin dodaqlarına tikinti materialı vurduğu qadını azərbaycanlı həkim görün necə sağaltdı - FOTOFAKT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR