Uzun zamandır Xocalı soyqırımının anım günü gələndə siyasi, ictimai və elm xadimləri ilə yanaşı media və sosial mediada millliyyətcə erməni olan livanlı jurnalist David Xeyriyan “Xaç naminə” kitabından sitat gətirirlər. Heç kimin görmədiyi və heç bir dünya kitabxanasında bu adla kitabın olmadığı halda politoloq Rövşən Novruzoğlunun "tapdığı bu kitab"-dan bir neçə səhifəni sitat kimi hər kəs paylaşır. Hətta erməni diasporu böyük miqdarda pul təklif etmiş idi ki, bu kitabın üz qabığını və mündərəcatını onlara təqdim edək. Əlbətdəki ki, "bu adlı kitabı" heç kim, hətta bu adı mediyaya gətirən Rövşən Novruzoğlu belə ortaya çıxara bilmədi. Çünki bu adla kitab yoxdur. Dünyada yazıçı kimi tanınan ABŞ-da Viskonsin ştatında anadan olan və 52 kitab müəllifi olan David Xerdiyanın fotosunu paylaşıb müəllifin o olduğunu iddia edirlər. Bu da həqiqətən çox uzaqdır. 1931-ci ildə ABŞ da anadan olan yazıçı David Xerdiyan nəinki Xocalı soyqırımı günü, heç bir zaman Qarabağda olmayıb. Bəs yaxşı adı çəkilən Livanlı jurnalist həqiqətəndə yaşayırmı ? Ümumiyyətlə belə adam varmı sualına uzun zaman apardığım araşdırmadan sonra sizə nəticəni yazıram.
Əslində isə bu sitatları şişirdilməsinə baxmayaraq Xocalı soyqırımı günü orda iştirak edən xarici jurnalistlər arasında David Mənsur Xerdiyan adlı şəxs olub. 1942-ci ildə Beyrutda anadan olan, pasportunda adı Daoud Mansur Xeyriyan olan bu şəxs ali təhsilini ərəbcə alsa da erməni dilində də yaza bilir. Gənc yaşlarından erməni millətçisi kimi böyüyən David ermənilərin Hınçaq təşkilatının Beyrut bürosunda tərcüməçi, sonra isə jurnalist kimi fəaliyyət göstərib. Asala və Daşnaksütun barədə yazılar yazıb. 1992-ci ildə Xocalı üzərində aparılacaq olan böyük əməliyyatı işıqlandırmaq üçün Xankəndiyə dəvət edilir. Hınçaq Beyrut bürosunun jurnalisti kimi qeydiyyata alınan David 25-i fevral 1992-ci il tarixdə Fransa, Suriya, Rusiya, Ermənistan və digər ölkələrdən dəvət edilən 30-dan çox jurnalistlə birgə zirehli maşın içərində oturub hadisələri izləyir. Ona və digərlərinə tapşırıq verilir ki, bu hadisəni yazsınlar və çəksinlər ki, gələcəkdə bunu Azərbaycanın əleyhinə istifadə edib, guya Azərbaycanlılar erməniləri soyqırım edib kimi dünyaya yaysınlar. 26- sı və 27- fevral tarixində Xocalıda qalan David baş verən hadisələri qeydə alır və 28 fevralda İrəvana, ordan da Beyruta geri qayıdır. Birdə 1993-cü ildə Qarabağa gəlir, işğal olunan rayonlarda erməni döyüşçülər ilə müsahibələr alır.
Beyruta qayıtdıqdan sonra burda “Xeyriyanın qeydləri” silsilə yazılarını yazır. Əsasən, yazılar Dağlıq Qarabağdakı müharibənin ermənilərin “igidliyi” haqqında təəssüratlarına həsr olunmuşdu. Onun yazılarını Fransada erməni qəzeti " Xaç uğrunda " başlığında dərc edir. Amma bu yazılar kitab halında dərc edilmir və onun yazısını bizim "politoloq" kitab kimi bizə təqdim edir. Əslində belə kitab yoxdur və olmayıb. Sadəcə "Xeyriyanın qeydləri"ərəbcə və ermənicə Beyrutda nəşr edilən erməni qəzetində silsilə yazı olur ki, onu da Fransız erməniləri "Xaç uğrunda " başlıqda dərc edib.
1998-ci ildə isə İrəvanda onu yazılarına görə mükafatlandırırlar.
Buna görə də nəsə yazanda gərək dəqiq araşdırıb yazmaq lazımdır. Çünki ermənilər bizə qarşı bunu istifadə edə bilərlər .
Dosent Zaur Əliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.