Gürcüstanın keçmiş müdafiə naziri, “Formula” telekanalının təsisçisi David Kezeraşvili 5 il azadlıqdan məhrum edilib.
AzadMedia.az vestikavkaza.ru-ya istinadən xəbər verir ki, müvafiq hökm Gürcüstan Ali Məhkəməsi tərəfindən verilib.
Kezeraşvili Müdafiə Nazirliyinin layihəsi ilə bağlı 5 milyon 60 min avronun mənimsənilməsində ittiham olunur. Ona qarşı 7 cinayət işi açılıb.
Qeyd edək ki, Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.