AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb

  • + A
  • - A
  • 25-02-2021, 21:53


    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videokonfrans keçirilib. Tədbirdə ərəb dilinə tərcümə edilmiş Səriyyə Cəfərovanın “Onlar heç vaxt böyüməyəcəklər” kitabı da təqdim olunub.
    Videokonfrans “ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunub.

    Açılış nitqi ilə iştirakçıları salamlayan Aİİ-nin rektoru Aqil Şirinov fevralın 25-dən 26-na keçən gecə dünyada görünməyən ən dəhşətli soyqırımılarından birinin yaşandığını, bu dəhşətli günlərdə Xocalı sakinlərinin qətlə yetirilmələrinin böyük faciə olduğunu qeyd edib.
    Daha sonra rektor müəllifi Səriyyə Cəfərova olan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının Aİİ tərəfindən ərəb dilində çap olunmasından bəhs edib. Kitabın tərcümə olunub ərsəyə gəlməsində əziyyəti olan hər kəşə təşəkkürünü bildirən rektor, əsərin ərəb dünyasına çatdırılmasında işlər aparıldığını xüsusi vurğulayıb.

    “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı, jurnalist Səriyyə Cəfərova tədbirdə çıxış edərək, faciənin sosial və siyasi aspektinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, onların həyat hekayələrinin yer aldığı kitab haqqında ətraflı məlumat verib. Əsərin ərəb dilinə tərcümə olunmasına görə Aİİ-yə dərin minnətdarlığını bildirib.

    Kitabı ərəb dilinə tərcümə edən Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında bu kitabın xüsusi əhəmiyyətini vurğulayıb. İ.Əlimuradov Xocalı soyqırımında qətlə yetirilən uşaqların həyatından bəhs edən bu kitabı ərəb dilinə tərcümə edərkən yaşadığı mənəvi çətinliklərdən də söz açıb.
    Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktrou Mehman İsmayılov çıxış edərək, Xocalı soyqırımı zamanı şəhid olanları ehtiramla yad edib. Kitabın böyük bir coğrafiyanı əhatə edən ərəb dünyasında faciənin həqiqətlərinin çatdırılmasında böyük rol oynayacağına inandığını bildirib.

    Aİİ İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa öz çıxışında Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı xüsusi qəddarlıqla qətlə yetirdikləri azərbaycanlılar arasında çox sayda yaşlı, qadın və uşaqların olduğunu qeyd edib. O həmçinin, mülki əhalinin itkin düşdüyünü, əsir götürüldüyünü, ailələrin məhv edildiyini, həmin gün qəhrəmanlıq salnaməsinin yazıldığını qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR