Əməkdar artistin ailəsi bu aktrisaya görə dağılıbmış — ÖZƏL FOTO
Aparıcı Vüsalə Kərimovanın valideynlərini ayırmaqda ittiham etdiyi aktrisanın kimliyi məlum olub.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, bu, uzun müddət Mingəçevir Dövlət Dram Teatrında çalışmış aktrisa Aliyə Mikayılovadır. Bildirilir ki, V.Kərimov Aliyə Mikayılova ilə sözügedən teatrda çalışarkən tanış olublar. Həmin vaxt V.Kərimovun 26, A.Kərimovanın 38 yaşı olub. Mənbə bildirir ki, cütlüyün bu nikahdan bir övladı var:
"Onlar evlənəndə Aliyə Mikayılovanın ilk nikahından bir oğlu, bir qızı var idi. Hazırda həmin uşaqlar Rusiyada yaşayırlar. Aliyə Mikayılova ilə Vaqif Kərimovun isə Gülnarə adlı qız övladları var".
Qeyd edək ki, bir müddət öncə İrəvan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimovun səhhətində problem yaranıb. Aktyorun qızı, aparıcı Vüsalə Kərimova isə onu atasına baş çəkməməkdə ittiham edənlərə belə cavab vermişdi:
"Kimlər bilir, nələr çəkdim?! Bilmədən yarğılamaq sizə çox asandır! Qarşınızda həmişə dik durdum deyə, heç qırılmadımmı sandınız? Özümü anladacaq kəlmələrim olmayınca susaram mən… içdən, bir sükutla, sadəcə, susaram… İllərlə susdum! Amma bu dəfə məni hayqırmağa məcbur etdiniz! Ağzıgöyçəklər, sizədir sözüm! Mən 40 il atasız böyüyəndə, ata nədir bilməyəndə, ata nəvazişi görməyəndə, ata çörəyi yeməyəndə heç demədiniz niyə belə? İndi Vaqif Kərimovun xəstələnməyi sizdə hisslər oyadıb? Amma deyim, biləsiniz, o hisslər məndə heç olmadı ki, bu gün də ölsün! Yadımdadır, uşaq vaxtı kimsə xətrimə dəyəndə, babam görməsin deyə evimizin arxasındakı bağçada ağacları qucaqlayıb, zülüm-zülüm ağlayırdım, ata deyib qışqırırdım…
Elə bilirdim, gəlsə, heç dərdim olmayacaq. Halbuki, babam məni əl üstə saxlayıb. Çünki mən ana babamın evində dünyaya gəlmişəm. Amma içimdə bu yaşıma qədər bir boşluq var, heç vaxt dolmayacaq. Siz ata çiyni nədir bilirsiniz? Amma mən bilmirəm, çünki ora heç vaxt başımı qoymadım!
Mən ata deyib, göz yaşı tökəndə həmin sizin bu gün məni çarmıxa çəkdiyiniz insan “cükküldəşdiyi” aktrisa yoldaşından dünyaya gələn, məndən doqquz ay kiçik qızına və arvadının birinci ərindən olan uşaqlarına atalıq edirdi!
Mən günahkar idim ki, onun vasitəsilə dünyaya gəlmişəm? Nə haqqınız var məni günahlandırmağa? Nə haqqınız var adını adıma bağlamağa? Mənim oğlum 17 yaşına gəldi, amma Vaqif Kərimovun onun babası olduğunu bilmədi!
Sayənizdə artıq biləcək! Oğlum mənə deyəndə ki, ana şəxsiyyət vəsiqəndə atanın adı səhv yazılıb, başını qatdım, cavabdan qaçdım. Çünki deyə bilmədim, atam məni atdı, atam məni istəmədi, istənilmədən dünyaya gəldim… Bunu deməyə özümü hazır bilmədim heç vaxt, oğluma travma verə bilmədim… Amma siz nə etdiniz?"
Aliyə Mikayılovanın Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çəkilmiş fotosunu təqdim edirik: