AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili: “Həmin torpaqlarda 30 ildir azan səsi eşidilmir”

  • + A
  • - A
  • 30-10-2018, 13:02

    Millət vəkili: “Həmin torpaqlarda 30 ildir azan səsi eşidilmir”















    “Ermənistan ərazisində yaşayan soydaşlarımızın ata-baba yurdlarından qovulmasından 30 il keçir. Bu deportasiya ilə bağlı Milli Məclis deputatlarının iştirakı ilə ictimai dinləmələrin keçirilməsinə ehtiyac var”.
    Bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

    Millət vəkili bildirib ki, bu deportasiya ilə bağlı bəyanatın qəbul edilə bilər:
    “30 il bundan öncə Ermənistan torpaqlarında yaşayan 250 minə yaxın soydaşımız daşnaq quldurların deportasiyası nəticəsində öldürüldülər, ata-baba yurdlarından didərgin salındılar.30 ildir həmin torpaqlarda azan səsi eşidilmir. Bu məsələyə ümumilli lider Heydər Əliyev tərəfindən qiymət verilib. Lakin təklif edərdim ki, bu ilin dekabr ayında Milli Məclisin deputatları, alimlərin iştirakı ilə ictimai dinləmə keçirilsin. Həmin dinləmələrin yekunu olaraq yekunda bu deportasiya ilə bağlı bəyanat qəbul edilsin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR