AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masaj salonlarında əxlaqsız xidmətlər təklif edirlər" - Millət vəkili narazılıq edir

  • + A
  • - A
  • 5-05-2018, 12:11

    "Masaj salonlarında əxlaqsız xidmətlər təklif edirlər" - Millət vəkili narazılıq edir














    "Turistlələrin ölkəmizə gəlməsi müsbət haldır. Amma elə şeyləri var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar. Oraları çox pis vəziyyətə çeviriblər”.

    Bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

    Deputat bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı narazılığını bildirib: "Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalı, ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın "ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli mənəvi dəyərləri qorumalıyıq”.

    Deputat Fəzail Ağamalı da həmkarının mövqeyini dəstəkləyib. O bildirib ki, qanun çərçivəsində bu cür halların qarşısını almaq lazımdır: "5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR