Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə danışıqlar aparıb
img]https://azadmedia.az/uploads/posts/2026-09/1789536281_haciyev.jpg[/img]
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşüb.
Oxu.Az xəbər verir ki, görüş barədə məlumatı Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşıb.
Görüş zamanı iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri, müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Həmçinin regional vəziyyət və son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.