Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Azərbaycana rəsmi səfərə gələcək.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) oktyabrın 14-15-də Bakıda keçiriləcək VII Zirvə Görüşündə iştirak etmək məqsədi ilə Azərbaycana səfər edəcək.
Səfir bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.