AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Türkiyə yeni siyasi dövrə qədəm qoydu” — Türkiyə prezidenti

  • + A
  • - A
  • 10-07-2018, 10:54

    “Türkiyə yeni siyasi dövrə qədəm qoydu” — Türkiyə prezidenti














    Türkiyə prezident idarəetmə formasına keçməklə yeni siyasi dövrə qədəm qoydu.
    Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindən sonra etdiyi çıxışda deyib.

    Onun sözlərinə görə, xalqın dəstəyi bu məsələdə əsas rol oynadı:

    "Yeni və inkişaf edən Türkiyəyə məhz prezident idarəetmə forması vacib idi".
    R.T.Ərdoğan prezident seçkilərində ona etimad göstərən Türkiyə vətəndaşlarına təşəkkür edib.

    Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçirilib. Mərasimdə 22 dövlətin başçısı, baş nazirlər və 28 ölkənin parlament spikerləri iştirak edib. Azərbaycanı bu möhtəşəm tədbirdə baş nazir Novruz Məmmədov təmsil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR