AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oğlu və yaxınları həbsdən çıxan İqbal Məmmədov Prezidentə təşəkkür etdi

  • + A
  • - A
  • 31-01-2020, 23:29

    Oğlu və yaxınları həbsdən çıxan İqbal Məmmədov Prezidentə təşəkkür etdi


    Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Həbs olunanlar azadlığa çıxıb.
    Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işi üzrə məhkəmə olub və onlar azadlığa buraxılıb. “Ölkə.Az”a danışan İqbal Məmmədov bildirib ki, 6 ay müddətində istintaq araşdırması gedib: “İstintaq araşdırması başa çatdığından məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilib. Məhkəmə Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemində həyata keçirdiyi islahatları və humanizm prinsiplərini rəhbər tutaraq onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm. Bu addıma görə Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR