AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yanvarın 28-də Rusiya, Azərbaycan və İran nəqliyyat danışıqları aparacaq

  • + A
  • - A
  • Bu gün, 13:32

    Yanvarın 28-də Rusiya, Azərbaycan və İran nəqliyyat danışıqları aparacaq

    Yanvarın 28-də Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sektorunda üçtərəfli görüş keçiriləcək. Bu barədə Rusiyanın nəqliyyat naziri Roman Starovoit ilə İranın yollar və şəhərsalma naziri Fərzan Sadiq arasında keçirilən videokonfransda bildirilib.

    İclasın yeri və səviyyəsi barədə məlumat açıqlanmır.

    Söhbət zamanı nazirlər Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki və icra işlərini də müzakirə ediblər.

    Bundan əlavə, 2025-ci il üçün yol xəritəsi və Xəzər dənizinin şərq hissəsindən istifadə sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR