AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad etdiyimiz torpaqlara tezliklə qayıdacağıq

  • + A
  • - A
  • 7-03-2021, 23:02


    Prezident İlham Əliyev xarici və yerli media nümayəndələri ilə keçirtdiyi mətbuat konfransında qeyd etdi ki, 44 günlük müharibə Azərbaycan Ordusu üçün yeni qazanılmış bir təcrübə idi. Azərbaycan Ordusunu yeni, müasir silahlarla çox düzgün davranmasının nəticəsi idi ki, Ermənistan Ordusu darmadağın edildi.
    Cənab Prezident pilotsuz uçuş silahlarının mözüzəvi nailiyyətlərindən söz açanda mənim bir müharibə iştirakçısı kimi Ali Baş Komandana rəğbətim daha da artdı. Çünki o möcüzəni mən əyani şəkildə görmüşəm.
    Cənab prezident Xocalının işğal edildiyi gün, yeni 26 fevral tarixində mətbuat konfransını keçirməklə ermənilərə və dünyaya bir daha Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri bir daha xatırlatdı və bildirdi ki, artıq Xocalı bizimdir, biz Xocalıya qayıtmışıq və qayıdarıq.
    Prezident erməni vandalizmin Qarabağ və ətraf rayonlarında törətdikləri dağıdıcı vəhşiliklərə də toxundu. Məscidlərin və tarix abidələrin dağıdılmasını xüsüsi qeyd etdi. Şəxsən bu dağıdıcı şüursuz hərəkətləri mən bir iştirakçı kimi gördüyüm üçün mənə olduqca pis təsir göstərir. Lakin Cənab Prezident onu da qeyd etdi ki, yeni infrastruktur layihələri işlənir və biz işğaldan azad edilmiş hər qarşı torpağımızda yenidən bərpa işləri aparacağıq.
    Cənab Prezident media nümayəndələrin suallarını cavablandırarkən Zəngəzur dəhlizindən də söz açdı. Qeyd etdi ki, bu dəhliz təkcə Azərbaycan- Naxçıvan üçün deyil, bütün region dövlətləri üçün əhəmiyyətli olacaq
    Bəli, mən cənab Prezidentin yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransını dinləyərkən bir müharibə veteranı kimi onun hazırcavablığı, müdrikliyi , çox dil bilməsi, insanpərliyi və ən əsası təcrübəli bir rəhbər olması ilə fəxr etdim.
    Sadiq Balaşirin oğlu Mirzəzadə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR