AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı

  • + A
  • - A
  • 3-03-2021, 20:47


    26 fevral 2021 - ci il tarixində Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənablarının yerli və xarici media nümayəndələri üçün keçirtdiyi mətbuat konfransı ölkəmiz haqqında daha düzgün və dolğun həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Mətbuat konfransı xalqımız üçün olduqca önəmli günlərdən biri- Xocalı soyqırımının 29- cu ildönümündə keçrilməsi xüsusi önəm daşıdı. Çünki həmin gün Prezident dünya media nümayəndələrinin diqqətini bir daha ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı hansı vəhşiliklər törətdiklərinə cəlb etdi. Bu mövzuda verilən suallara cənab Prezident tərəfindən gözəl açıqlamalar verildi.
    4 saatdan çox davam edən bu konfrans, Azərbaycan xalqı haqqında indiyə kimi dünya ictimaiyyətinə qaranlıq qalan məsələlər açıqlandı. Cənab Prezident konfrasda iştirak edən jurnalistlərin ünvanladığı bütün sualların cavablarlnda Azərbaycan haqqında əsil həqiqətlər işığlandı. Bəzi media nümayəndələrinin qərəzli və təxribat xarakterli suallar ölkə rəhbəri tərəfindən təmkinlə cavablandırıldı. Konfransda, İran İslam Respublikasının jurnalistinin qərəzli sualına İlham Əliyev cavab verərkən ona sübut etdi ki, verdiyi sual əsassız və qərəzlidir. Cənab Prezidentin İranlı jurnalisti susdurması ölkəmizə rəhbərlik edən bu şəxsin böyük siyasətçi, təcrübəli və səriştəli olmasından xəbər verdi. Cənab Prezident media nümayəndələrinin suallarına cavab verməklə yanaşı, dünyaya bir sıra mesajlar da çatdırdı. Dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərdi.

    Mətbuat konfransında olduqca təcrübəli və peşəkar jurnalistlər iştirak edirdi. Prezidentin verilən suallara səlis və dolğun cavabları onların təəccübünə səbəb olmuşdur. Ölkə rəhbərinin dörd dildə - Azərbaycan, Türk, İngilis və Rus dilində danışması jurnalistləri şoka salmışdı.

    Böyük Britaniyalı jurnalist Aynur Tattersalın etiraf etdiyi kimi Azərbaycan Prezidenti çox savadlı və təcrübəlidir:
    " 25 ildir jurnalistika ilə məşğulam, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransının aparmasının şahidi olmamışdım "- deyə jurnalist etiraf etdi.

    Mətbuat konfransında 35-dən çox nüfuzlu media nümayəndələrinin iştirakı və konfransda müxtəlif məzmunda cənab Prezidentə ünvanlanmış suallar əlbətdə ki son illərdə Azərbaycanda aparılan uğurlu siyasətdən xəbər verir. 44 günlük müharibədə ermənistanın düşdüyü ağır vəziyyət Qarabağ torpağına qayıdış, işğaldan azad olunan rayonların infrastrukturunun yenidən qurulması planları və Azərbaycanda vaksinasiya ilə əlaqədar görülmüş işlər cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir.

    Mətbuat konfransından sonra dünya media nümayəndələrinin hər birinin öz ölkəsində kütləvi informasiya vasitələri ilə Azərbaycan haqqında yaydıqları xoş və ürəkaçan məlumatlar Azərbaycanın qüdrətli bir dövlət və onun rəhbərinin uzaqgörən, müdrik və təcrübəli bir rəhbər olmasından xəbər verir .
    Balaşirin Nəsirov,
    Lerik Bələdiyyəsinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR