AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fazil Məmmədov rəhbər şəxslərlə bağlı dəyişiklik etdi - Yeni təyinatlar

  • + A
  • - A
  • 3-07-2017, 12:17

    Fazil Məmmədov rəhbər şəxslərlə bağlı dəyişiklik etdi - Yeni təyinatlar

















    Vergilər Nazirliyində yenidən ciddi kadr dəyişiklikləri aparılıb

    Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə keçirilib. Onun yerinə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov təyin edilib.

    Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov nazirliyin Daxili təhlükəsizlik departamentinin baş direktorunun müavini vəzifəsinə keçirilib.

    Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru Sərxan Məmmədov nazirliyin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru vəzifəsinə təyinat alıb. 3 saylı ƏVİ-nin direktoru Səməd Vəliyev isə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib. (Trend)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR