Aydın Quliyev,
Bakı-Xəbər Media Qrupunun rəhbəri Bakıda səfərdə olan ABŞ rəsmisi F.Rikerin Minsk Qrupu çərçivəsində Azərbaycanı və Ermənistanı substantiv danışıqları bərpa etməyə çağırması çox təəccüblü gəldi.Siyasətlə məşqul olanlar bilir ki, 2009-cu ildən diplomatik leksikona düşmüş "substantiv danışıqlar" deyilən söz birləşməsi DQ ətrafındakı 7 rayonumuzun işğaldan azad edilməsini və DQ-nin statusu üzrə müzakirənin başladılmasını nəzərdə tuturdu.44 günlük müharibədə Azərbaycan özü azı 7 rayonu azad etdi və heç bir status müzakirəsinin olmayacağı Prezidentin dilindən bütün dünyaya bəyan edildi.İndi yüksək ABŞ rəsmisinin artıq həll edilmiş məsələni yenidən müzakirə mövzusuna çevirmək cəhdi nə deməkdir? Bu, Azərbaycan prezidentinin rəsmi dövlət siyasətinə qarşı çıxmaq deyilmi? Elə isə Azərbaycan XİN niyə ayrıca bəyanatla çıxış etmədi? Bu sükut ermənilərə ümid verməzmi ki, Azərbaycan nə vaxtsa "status müzakirəsinə" qayıdacaq? Maraqlıdlr ki, Rusiya da Rikerin bəyanatına susdu.Səbəblər məlumdur.Məhz bu anlarda Ərdoğanın " Şuşaya gedəcəyəm" bəyanatını son qətiyyətlə səsləndirməsi cavab mesajı kimi diqqəti cəlb edir.
Bütün sualların cavabı əslində məlumdur...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.